...

Azərbaycanın regionunda elektrik enerjisi sərfini hesaba alan bir neçə minə qədər elektron sayğac quraşdırılıb

Energetika Materials 6 Dekabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə üç minə yaxın kartla işləyən elektron sayğac quraşdırılıb. Bu barədə Gəncə Regional Enerji Təchizatı MMC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Abasov məlumat verib.

Onun sözlərinə görə, şəhərin Gülüstan qəsəbəsində sayğaclaşdırma işləri artıq yekunlaşıb. Yeni Gəncə qəsəbəsində isə işlər tamamlanmaq üzrədir. Bundan sonra şəhərin beşinci mikrorayonunda kartla işləyən sayğaclar quraşdırılacaq.

Gəncə Regional Enerji Təchizatı MMC-dən verilən məlumata görə, Gəncədə olan 67 min abonentin sayğaclaşdırma prosesi 6 ay müddətinə başa çatacaq. Yeni müasir tipli sayğacın hər birinin qiyməti "Azərenerji"yə təxminən 140 manata başa gəlir.

Yeni sayğaclar Çinin STAR Instrumeyşin dövlət şirkətinin istehsalıdır və onların Gəncədə tətbiqinə yardımçı olmaq məqsədilə şirkətin doqquz nəfər əməkdaşı Gəncəyə gəlib.

Xəbər lenti

Xəbər lenti