...

Azərbaycan neftinin qiyməti: 3-7 dekabr həftəsinin xülasəsi

Energetika Materials 10 Dekabr 2007 16:49 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 3-7 dekabr həftəsinin xülasəsi

Azərbaycan, Bakı/ Trend , müxbir A. Bədəlova/ 3-7 dekabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $89,52/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,19/barr çoxdur.

3-7 dekabr həftəsindəAZERI LT neftinin maksimal qiyməti $90,84/barr, minimal qiyməti isə $88,12/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Həftə ərzində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $83,65/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,65/barr çoxdur.

Bu həftədə URALS neftinin maksimal qiyməti $85,25/barr, minimal qiymət isə $81,62/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

Brent Dated neftinin orta qiyməti $88,93/barr təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $4,59/barr çoxdur. Maksimal qiyməti $90,33/barr, minimal qiymət isə $87,83/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti