...

BP "İnam" perspektivli strukturundakı böyük quyunu yenidən qazmağa məcburdur

Energetika Materials 10 Dekabr 2007 17:35 (UTC +04:00)
BP "İnam" perspektivli  strukturundakı böyük quyunu yenidən qazmağa məcburdur

Azərbaycan, Bakı/ Trend , müxbir V.Şərifov/ BP Azerbai;an şirkəti texniki səbəblərə görə, Xəzərin Azərbaycan sektorundakı "İnam" perspektivli neft-qaz strukturunda ikinci kəşfiyyat quyusunun (İNX-2) qazılmasına başlayıb. Bazar ertəsi layihənin operatoru BP Azerbaijan-dan verilən məlumata görə, noyabrın ortalarından başlayan qazma işində, qazma podratçısı 500 m dərinliyində texniki problemlərə qarşılaşıb."Quyu artıq 1000 m-ə qədər qazılıb, lakin 500 metrdə qazma sütunu dərinliyə getməyib"-BP Azerbaijan-dan bildiriblər. BP Azerbaijan-nın nümayəndəsinin sözlərinə görə, işin texniki təhlükəsizliyi üçün "İstiqlar" qazma qurğusu müqavilə sahəsində əvvəlcədən müyəyyən edilən yeni nöqtəyə çəkilib və qazma yenidən başlayıb. " Biz bu texniki problemlərin layihənin büdcəsinə və qazma işlərinin qrafikinə təsir etməməsi üçün bütün mükün işləri görəcəyik" - BP-nin nümayəndəsi bildirib. Qrafikə uyğun olaraq, qazma işləri 200 günədək davam edəcək. "İnam" layihəsinin iştirakçıları ARDNŞ (50%), BP (25%, layihənin operatoru), Koreya Milli Neft Korporasiyası (20%) və Shell (5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti