...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 10 Dekabr 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Dekabrın 7-də CİF liman Auqusta şərtləri əsasında, yüngül Azərbaycan neftinin qiyməti 89.35 dollar/barr təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən xəbərə görə, cümə günü cümə axşamı ilə müqayisədə Azərbaycan neftinin qiyməti 0.07 dollar/bar artıb. Azeri Light növlü neft "Azəri-Çıraq-Günəşli" yatağının blokunda hasil olunur. Başqa tərkiblərlə qarşırdılmayan neft Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Türkiyənin Cehyah limanına və dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. ARDNŞ-dən bildiriblər ki, dekabrın 7-də FOB liman Ceyhan şərtləri əsasında, Azərbaycan yüngül neftinin qiyməti 0.03 dollar/barr artaraq 87.94 dollar/bar təşkil edib. Azərbaycan URALS növlü neftin xammalını da Bakı-Novorossiysk boru kəməri vasitəsilə daşıyaraq, Novorossiyk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində başqa növlərlə qarşır və Novorossiysk limanından URALS növü kimi satılır. Bu növ keyfiyyət və qiymətinə görə Azərbaycan neftindən aşağıdır. Dekabrın 7-də Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti 0.21 dollar/barr artaraq 83.79 dollar/bar təşkil edib. Eyni hal Şimal Dənizində hasil olunan Brent Dated etalon növlü neftlə də baş verib. Dekabrın 7-də Brent Dated növlü neftin qiyməti 0.44 dollar/bar artaraq 88.21 dollar/barrtəşkil edib.

Xəbər lenti

Xəbər lenti