...

Azərbaycanın Dövlət Neft Şirkəti yeni dəniz yataqlarını öz vəsaitləri hesabına işləməyə başlayır-ARDNŞ rəhbəri

Energetika Materials 28 Dekabr 2007 20:31 (UTC +04:00)
Azərbaycanın Dövlət Neft Şirkəti yeni dəniz yataqlarını öz vəsaitləri hesabına işləməyə başlayır-ARDNŞ rəhbəri

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ 2007-ci il ərzində Dövlət Neft Şirkəti dövlətə 5 milyard 200 milyon kubmetrə yaxın qaz təhvil verib. Bu da nəzərdə tutulduğundan təxminən 230 milyon kubmetr artıqdır. Bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda bildirilib. ARDNŞ 50 - dən artıq quru, həmçinin, dəniz yataqlarında neft və qaz hasil edir. Dekabrın 1-dək Kompleks Qazma Işləri Tresti (ARDNŞ-nin tərkibinə daxildir) tərəfindən 174025 metr qazma işi həyata keçirməklə, 2007-ci il üzrə proqnoz vaxtından bir ay əvvəl yerinə yetirilib və bu rəqəm son 15 il ərzində rekord göstəricidir. Şirkətin neft emalı zavodlarında 7 milyon 390,5 min ton məhsul istehsal olunub və emal dərinliyi ilk dəfə olaraq 60%-ə çatdırılıb. ARDNŞ -nin bazasında, hər birinin gücü ildə 20 mln. ton neft olan iki NEZ var - "Heydər Əliyev adına" və Azerneftyag. Şirkətin 2007-ci ilin yekunları üzrə və 2008-ci ilin planlarına dair iclasında çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, ARDNŞ-ə məxsus Gürcüstanın Qara dəniz sahilində, "Kulevi" terminalında tikinti işləri başa çatdırılıb. Yanvar ayında terminal ilk neftin qəbuluna başlayacaq. 2008-ci ildə, qaz proqramının reallaşdırılması çərçivəsində, ARDNŞ 8 mlrd. kubmetr qaz hasil etmək və dövlətə 7 mlrd. kubmetr qaz təhvil vermək niyyətindədir. "ARDNŞ uzun fasilədən sonra öz potensialı hesabına yeni yataqlarda müstəqil işləməyə başlamalıdır. Belə ki, 2008-ci ilin ikinci yarısında "Ümid" yatağında (dəniz) kəşfiyyat işlərinə start verilməsi nəzərdə tutulur" -Abdullayev bildirib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda analoqu olmayan iri neft-kimya kompleksinin tikintisinə, Türkiyənin Ceyhan limanında yeni NEZ inşasına başlanılmalı, eləcə də. Gürcüstanda ARDNŞ-nin yanacaqdoldurma məntəqələri şəbəkəsi yaradılaraq, istismara verilməlidir. "2008-ci ilin yanvar-fevral aylarında ARDNŞ, Türkiyənin Petkim neft-kimya Holdinqinin aktivlərinin götürülməsi prosesinə başlamağı güman edir" -Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti