...

ABŞ Azərbaycandan neft idxalını iki dəfə artırıb

Energetika Materials 13 Fevral 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend / 2007-ci ilin yanvar-fevralında ABŞ Azərbaycandan 2006-cı ilin analoji dövrünün 7,644 mln. barrelinə nisbətdə 16,5 mln. barrel neft idxal edib. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin tərkibinə daxil olan Enerji İnformasiya Administrasiyasının məlumatında bildrilir.

2007-ci il üzrə idxal noyabrda 2,317 mln. barrel, oktyabrda 1,087 mln. barrel, sentyabrda 1,766 mln. barrel, avqustda 1,034 mln. barrel, iyulda 2,101 mln. barrel, iyunda 1,736 mln. barrel, mayda 2,055 mln. barrel, apreldə 1,728 mln. barrel, martda 17 min barrel, yanvarda isə 2,677 mln. barrel neft təşkil edib.

2006-cı ildə ABŞ 2005-ci ilin 563 min barrelinə nisbətdə 10 mln. barrel Azərbaycan nefti alıb. 2004-cü ildə bu göstərici 484 min barrel təşkil edib.

Azərbaycan yüngül neftinin əsas hissəsi Türkiyənin Ceyhan limanından ixrac olunur. Bu limana xammal Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə çatdırılır. Bu marşrut 2005-ci ildən fəaliyyət göstərir. Neft həmçinin Bakıdan dəmir yolu və Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri vasitəsilə Gürcüstanın Qara dəniz limanından ixrac olunur. Azərbaycan nefti həm də Gürüstanın Supsa limanından ixrac olunur. Bura neft Bakı-Supsa boru kəməri ilə çatdırılır. Hazırda bu boru kəməri təmirdədir.

Xəbər lenti

Xəbər lenti