...

Sabah və növbəti gün Bakının bəzi rayonlarında elektrik enerjisi verilişində fasilələr yaranacaq

Energetika Materials 21 Fevral 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend / Bakıda N215 yarımstansiyasının 110-kilovolta keçidi ilə əlaqədar fevralın 22-si (10:00-dan 18:00-ə) və fevralın 23-ü (09:00-dən 16:00-a) paytaxtın bəzi rayonlarında elektrik enerjisi təchizatında fasilələr yaranacaq. Bu barədə "Bakıelektrikşəbəkə" ASC-nin (Bakının paylayıcı şəbəkəsini idarə edir) məlumatında bildirilir.

Elektrik enerjisi təchizatı üzrə fasilələr Bakının Nəsimi, Nərimanov və Xətai rayonlarında yaranacaq.

Əlavə məlumat üçün 440-39-93 və ya 199 telefon nömrələrinə müraciət edin.

Xəbər lenti

Xəbər lenti