Ukrayna, Kiyev, 21 fevral / " müxbir Z.Novosvitski / Yanvarda "Ukrtatnafta" QSC (Kremençuq NEZ, Poltav vilayəti) 80 min ton "Kirkuk" markalı İraq nefti idxal edib. "UNİAN"ın bildirdiyinə görə, bu barədə "UPECO" Konsaltinq Şirkətinin icraçı direktoru Sergey Kuyun Kiyevdə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu bütün tarix boyu Ukraynaya İraq neftinin ilk tədarüküdür. Bununla belə, o əlavə edib ki, Rusiya neftinin tədarükünün dayandırılması ilə əlaqədar, "Ukrtatnafta" xammal idxal etmək məcburiyyətində qalıb.
Öz keyfiyyətinə görə, "Kirkuk" nefti, əvvəl "Ukrtatnaftu"na tədarük olunan Rusiyanın "Urals" markalı neftinə yaxındır.
"Ukrtatnafta" QSC 1994-cü ildə Ukrayna və Tatarstan prezidentlərinin fərmanlarına müvafiq olaraq, Kremençuq NEZ bazasında yaradılıb. Müəssisənin layihə gücünü ildə 18,6 mln. ton neft emalı təşkil edir.
"Ukrtatnafta" səhmlərinin 61,346 faizi dövlətə məxsusdur və "Naftoqaz Ukraina"ya verilib, 28 faizinə - Tatarstanın Torpaq Ehtiyatı və Əmlak Nazirliyi (2006-cı ilin oktyabrında "Tatneft" ASC-nin etibarnaməli idarəçiliyinə verilib), 8,6 faizinə - "Tatneft" şirkəti (Tatarstan), səhmlərin 1,2 faizinə "Privat" qrupunun törəmə "Korsan" MMC-yə malikdir.