...

Azərbaycan yüngül neft ixracını artırıb

Energetika Materials 7 Mart 2008 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend / "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokunu mənimsəyən Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-fevral aylarında 5,6 mln. ton "Azeri Light" növlü neft ixrac edib ki, bu göstərici 2007-ci ilin analoji dövründə 4,7 mln. ton təşkil edib.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə fevral ayında 2,8 mln. ton neft ixrac olunub. Ötən il bu göstərici 2 mln. ton təşkil edib. Digər marşrutlar üzrə ABƏŞ nefti ixrac olünmayıb.

Ceyhan limanından yanvar-fevral ayılarında 6 mln. ton neft nəql olunub. Fevralda bu göstərici 3,4 mln. ton təşkil edib.

Ötən il Bakı-Novorossiysk boru kəməri ilə 856,3 min ton neft ixtac olunub. Bu göstərici 3,5 mln. tona bərabər olub. 2007- ci ildə Batumi limanından 986 min ton neft göndərilib və bu göstərici 2006 - cı ildə 4,2 mln. ton təşkil edib. Ümumilikdə, ötən il ərzində Bakı-Supsa boru kəmərindən, təmir işlərinə görə, neft ixrac olunmayıb.

Xəbər lenti

Xəbər lenti