...

Azərbaycan elektrik enerjisi ilə bağlı İran qarşısında olan borcun qaytarılmasını bərpa edəcək

Energetika Materials 12 Mart 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart/ Trend , müxbir S.Əliyev/ Azərbaycan apreldə elektrik enerjisi ilə bağlı İrana olan borcun qaytarılmasını bərpa edəcək. Bu barədə çərşənbə günü "Azərenerji" Səhmdar Cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Borca görə qalıq həcm 200 mln. kVt/s-dən çoxdur.

Azərbaycan 400 mln. kVt/s həcmində borcun qaytarılması üçün hər gün İrana 1,5-1,7 mln. kVt/s elektrik enerjisi tədarük edirdi. Borcun geri qaytarılması yanvarda dayandırılıb.

İrandan Azərbaycana tədarük hesabına Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə təmin edilir. Azərbaycan qış dövründə - elektrik enerjisində kəsir müşahidə olunan zaman İrandan elektrik enerjisi alır, yayda İranda kəsir müşahidə olunduğu zaman isə geri qaytarır.

Sazişə görə, əgər Azərbaycan il ərzində elektrik enerjisinin bütün həcmini geri qaytara bilməsə, o, borcun qalan hissəsini pul vəsaitləri ilə ödəməlidir. Lakin İran, borcun pul ilə qaytarılmasından imtina edib və buna görə borc elektrik enerjisi ilə qaytarılacaq.

İrana elektrik enerjisinin qaytarılması 11 faiz artıqlaması ilə həyata keçirilir və bu, NMR-ə elektrik enerjisi verilməsi zamanı İran tərəfinin itkisi kimi hesablanır.

Xəbər lenti

Xəbər lenti