...

SOCAR Energy Georgia 2008-ci ildə Gürcüstan bzarına yanacaq tədarükünü artıracaq

Energetika Materials 14 Mart 2008 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir S.Əliyev/ 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi olan SOCAR Energy Georgia Şirkəti Gürcüstan bazarına yanacaq tədarükünü ən azı 150 min tondan 350 min tonadək artıracaq. Bu barədə cümə günü Bakıda SOCAR Energy Georgia Şirkətinin rəhbəri Mahir Məmmədov məlumat verib.

SOCAR Energy Georgia Gürcüstan bazarına Azərbaycanda, iki Bakı NEZ-də istehsal olunan neft məhsullarını tədarük edir.

"Bugünədək biz Gürcüstan iqtisadiyyatına $380 mln. sərmayə yatırmışıq. 2008-ci ildə sərmayələrin həcmi $100 mln təşkil edəcək", - Məmmədov bildirib. 2008-ci ildə vəsaitlərin bir hissəsi quru yük terminalı və Gürcüstanın Qara dəniz sahilində Kulevidəki neft terminalının bazasında LPG terminalının tikintisinə sərf ediləcək. Gürcüstan hökuməti cümə günü Kulevidəki terminalın işə salınmasına icazə verib.

Terminalın aşırma gücü 9 mln. ton təşkil edir (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut). Terminalın çən parkının ümumi tutumu 320 min. kubmetrdır. Aşırma gücünü 20 mln. və çən parkını 380 min kubmetrədək artımaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti