...

"Krasnoe Sormovo" zavodu PALMALİ üçün yeni tanker buraxacaq

Energetika Materials 14 Mart 2008 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart/ " TrendCap " müxbir E.İsmayılov/ "Krasnoe Sormovo" zavodu şənbə günü Nijni Novqorodda 19619 layihəsi seriyasından, neft məhsullarının daşınması üçün nəzərdə tutulan tankeri suya buraxacaq. Tanker PALMALİ Şirkətlər qrupunun sifarişi üzrə tikilib. Gəmi, Azərbaycanın mənzərəli rayonlarından birinin şərəfinə "Ağsu" adlandırılıb. Bu barədə cümə günü PALMALİ nəqliyyat şirkətinin Bakı ofisi məlumat verib.

Gəmi 13,5 min ton dedveytə və 1,3 min ton yükqaldırma gücünə malikdir. Onun uzunluğu 149,9 m, eni - 17,3 m, bortunun hündürlüyü - 10,5 m, suya oturumu 7,14 metrdir.

Layihə Odessa "Dəniz Mühəndis Bürosu" tərəfindən hazırlanıb və bütün beynəlxalq konvensiya və ekoloji standartlara cavab verir.

Tankerin üzmə rayonları - Aralıq, Qara, Baltik dənizləridir.

Xəbər lenti

Xəbər lenti