Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin martın 17-də qiyməti 1 barel üçün 105,55 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə 1 barrel üçün 4,32 dollar azalıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.
ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın martın 17-də qiyməti 1 barel üçün 103,77 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 4,65 dollar azdır.
Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Martın 117-də URALS neftinin qiyməti 1 barel üçün 95,11 dollar təşkil edib. Bu öncəki qiymətdən 6,1 dollar artıqdır.
Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin martın17-də qiyməti 1 barel üçün 103,93 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 4,97 dollar azdır.