...

ARDNŞ və DB QHT üçün ekoloji proqramlar üzrə kiçik qrantların verilməsinə dair ərizələrin qəbuluna başladıqlarını elan ediblər

Energetika Materials 29 Mart 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart/ Trend , müxbir A.Bədəlova/ Dünya Bankının Bakı nümayəndəliyi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə QHT üçün kiçik qrantlar proqramları üzrə ərizələrin qəbuluna başladığını elan edib. Bu barədə nümayəndəliyin məlumatında deyilir. Ərizələrin verilmə tarixi aprelin 18-də başa çatır. Qaliblər mayın 15-dək elan ediləcəklər.

2008-ci il üçün kiçik qrantlar proqramı ekoloji problemlərin həlli və ətraf mühitin təmizlənməsində ölkənin vətəndaş cəmiyyətinin iştirakı üçün reallaşdırılır. Layihə elmi-tədris və tədqiqat proqramlarını, əməliyyat layihələrini, təqaüdləri dəstəkləmir.

Xəbər lenti

Xəbər lenti