...

Azərbaycanda yeraltı qaz anbarlarından qazın alınması başa çatıb

Energetika Materials 1 Aprel 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir S.Əliyev/ Azərbaycanda havaların istiləşməsi və payız-qış dövrünün başa çatması ilə əlaqədar respublikada qazın yeraltı qaz anbarlarından alınması dayandırılıb. Bu haqda çərşənbə axşamı hökumətdən məlumat verilib.

Hazırda qaz anbarlarında 300 mln. kubmetr həcmində ehtiyat qaz vardır. Aprelin ortalarından qazın yeraltı qaz anbarlarına doldurulmasına başlanılacaq.

Keçən il yeraltı qaz anbarına 1 mlrd. kubmetrdən çox qaz doldurulub. Bu həcm 2007-2008-ci ilin payız-qış dövründə abonentlərin qazla təmin olunmasına sərf olunub. Keçən dövrdə (2006-2007) qaz anbarına 1,024 mlrd. kubmetr qaz doldurulub.

Azərbaycanda 2 yeraltı qaz anbarı mövcuddur - Qaradağ və Kalmaz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti