...

Azərbaycanda iri neftservis şirkətinin fəaliyyəti dayandırılır

Energetika Materials 9 Aprel 2008 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir E.İsmayılov/ Neft sahəsində xidmət göstərən "Petrofac International LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti bir aydan sonra, yeni layihələr olmadığından, dayandırılacaq.

"Şirkətin fəaliyyəti yeni layihələr ortaya çıxacağı halda bərpa olunacaq" - deyə çərşənbə günü "Petrofac"ın Bakı Ofisindən bildiriblər.

Əvvəllər "Petrofac International" "SpieCapag/Petrofac" Birgə Müəssisəsi çərçivəsində, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Gürcüstan hissəsi, həmçinin, 250 km uzunluğunda olan Cənubi Qafqaz qaz kəmərinin (SCP) Gürcüstan hissəsinin tikintisini həyta keçirib. BM "BTC Co"nun Azərbaycan və Gürcüstanda BTC boru kəməri üçün dörd nasos stansiyasının tikintisi üzrə podratçı mövqeyindən çıxış edirdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti