...

Azərbaycan prezidenti Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

Energetika Materials 10 Aprel 2008 13:38 (UTC +04:00)
Azərbaycan prezidenti Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

Azərbaycan, Bakı, 10 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev 2008-ci il martın 12-də Buxarestdə imzalanan "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Rumıniyanın İqtisadiyyat və Maliyyə Nazirliyi arasında əməkdaşlığa dair Saziş"i təsdiq edib.

Sənaye və Energetika Nazirliyinə hazırkı Sazişin reallaşdırılmasının təmin edilməsi, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün bütün dövlətdaxili prosedurların yerinə yetirilməsinə dair Rumıniya tərəfinin məlumatlandırılması barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti