...

Birinci rübdə Azərbaycanda qaz hasilatı 85 faiz artıb

Energetika Materials 16 Aprel 2008 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend /2008-ci ilin birinci rübündə Azərbaycanda 11,7 mln. ton neft və kondensat hasil edilib ki, bu da 2007-ci ilin yanvar-mart aylarının göstəricisindən 12,4 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Yanvar-martda neft hasilatının əsas həcmi, "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokundan 9,6 mln. ton neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb. Bu göstərici 2007-ci ilin analoji dövrünün göstəricisndən 15,8 faiz çoxdur.

Yanvar-fevralda Azərbaycanda qaz hasilatı 3,9 mlrd. kubmetr təşkil edib ki, bu da 2007-ci ilin yanvar-martında olan göstəricidən 85,3 faiz çoxdur. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2008-ci ilin yanvar-martında 2,2 mlrd. kubmetr təbii qaz hasil edib və bu 2007-ci ilin analoji dövrünün göstəricisindən 2,4 dəfə çoxdur.

Yanvar-mart ərzində Azərbaycanda 6 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib və bu 2007-ci ilin yanvar-martından 2,4 faiz azdır.

Xəbər lenti

Xəbər lenti