...

Litva Azərbaycanın enerji potensialı ilə maraqlanır - Baş nazir

Energetika Materials 22 Aprel 2008 14:01 (UTC +04:00)
Litva Azərbaycanın enerji potensialı ilə maraqlanır - Baş nazir

Azərbaycan, Bakı, 22 aprel / " müxbir Ü.İsmayılova/ Litva hökuməti Azərbaycanın enerji potensialı ilə maraqlanır. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan -Litva biznes-forumunda iştirak edən Litvanın Baş naziri Qedminas Kirkilas məlumat verib.

"Litva hökumətinin bu mövzuda hətta konkret planları var ki, bu planları gücləndirmək olar" - deyə Baş nazir bildirib.

Kirkilasın sözlərinə görə, Litvanın qaz problemləri var. Yaxın günlərdə ölkə İqnalin AES-i bağlayıb, yerində yenisini tikməyi planlaşdırır.

Litva hökuməti 2004-cü il dekabrın 31-də ilk enerji bloku İqnalin AES-in (İAES) istismardan çıxardılması barədə qərar qəbul edib. İkinci enerji bloku 2009-cu ildən gec olmayaraq dayandırılacaq. İqnalin AES Litvanın bütün elektrik enerjisinin 80 faizini istehsal edir və bu stansiyada istehsal olunan elektrik enerjisinin 50 faizə qədəri ixrac olunur.

"Azərbaycan Litva ilə bu sahədə əməkdaşlıq edərsə, yeni blokun tikintisində də iştirak edə bilər" - deyə Baş nazir bildirib.

Kirkilas forum zamanı bildirib ki, Litva yaxın günlərdə sıxılmış qazın yüklənib- boşaldılması üçün yeni terminalın tikintisinə başlamağı planlaşdırır.

"Biznes-forum zamanı biz Azərbaycanın sıxılmış qaza malik olduğunu biləriksə, onu bu layihədə də iştirak etməyə dəvət edərik" - deyə baş nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti