...

Qazaxıstan Azərbaycanla təbii qaz əməkdaşlığını nizamlamağı hələ planlaşdırmır – energetika nazirinin müavini

Energetika Materials 24 Aprel 2008 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir İ.Xəlilova/ Təbii qaz ixracı üzrə bazarını genişləndirmək niyyətində olmasına baxmayaraq, Qazaxıstanın hazırkı mərhələdə Azərbaycanla təbii qaz əməkdaşlığının nizamlanması barədə hələ planları yoxdur. Belə ki, bu gün Qazaxıstanın yeganə qaz alıcısı Rusiyadır. Bu barədə Trend a Bakıda cümə axşamı Qazaxıstanın energetka və mineral ehtiyatlar nazirinin müavini Duysenbay Turqanov məlumat verib.

Onun sözlərinə görə, hazırda qərbi Qazaxıstandan Çinə qaz kəmərinin çəkilməsi üzrə plan mövcuddur. Bu plan qaz hasilatı artdıqca artıq qalan yanacaq həcminin reallaşdırılmasının mümkün olması üçün nəzərdə tutulub.

"Qazaxıstanda illik qaz hasilatı həcmi 27 mlrd. kubmetr təşkil edir. Bu il hasilatın 29 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Bu həcmin 12 mlrd. kubmetri ixrac edilir. Daxili tələbat 6-7 mlrd. kubmetr təşkil edir. Yanacağın qalan hissəsi isə laylara vurulur"- Turqanov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti