...

Qazaxıstanın "Kaşağan" yatağının mənimsənilmə tarixi yenidən dəyişdirilir

Energetika Materials 12 May 2008 15:26 (UTC +04:00)

Qazaxıstan, Astana, 12 may/ Trend , müxbir K.Konırova/ Agip KCO beynəlxalq konsorsiumun səhmdarları "Kaşağan" yatağının mənimsənilmə tarixinin yenidən 2012 və ya 2013-cü ilə dəyişdirilməsinin lehinə çıxış edirlər. Bu barədə bazar ertəsi Astanada energetika və təbii ehtiyatlar naziri Sauat Mınbayev məlumat verib.

"Konsorsiumun əcnəbi iştirakçıları yatağın mənimsənilmə tarixini dəyişdirmək istəyirlər. Onların müxtəlif ssenariləri var - 2012 və ya 2013-cü ilə dəyişmək", - Mınbayev bildirib.

Əvvəllər, uzun və çətin danışıqlardan sonra Qazaxıstan hökuməti və layihənin iştirakçıları arasında hasilat tarixinin 2008-ci ildən 2011-ci ilə dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.

Nazir bildirib ki, Qazaxıstan "Kaşağan"dan böyük neft hasilatının təxirə salınması ilə bağlı cərimə sanksiyalarının elan edilməsi üzrə sərt mövqedən çıxış etmək niyyətindədir.

"Biz nəticələrə kifayət qədər sərt reaksiya göstərəcəyik. Hasilat tarixi yenidən dəyişdirilərsə, artıq bu mərhələdə çox konkret sanksiyalar irəli sürülməlidir. Bir sözlə, biz buna görə növbəti dəfə razılığa gəlməyə çalışırıq", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti