...

Azərbaycan neftinin qiyməti: / 5-9 may həftəsinin xülasəsi

Energetika Materials 12 May 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı,12 may / Trend , müxbir A. Bədəlova/ 5-9 may həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $122,57/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,87/barel çoxdur.

5-9 may həftəsindəAZERI LT neftinin maksimal qiyməti $126,17/barel, minimal qiyməti isə $119,24/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.

5-9 may həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti 113,39/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $8,18/barel çoxdur.

5-9 may həftəsində URALS neftinin maksimal qiyməti $$116,71/barel, minimal qiymət isə $110,31/barel təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

5-9 may həftəsindəBrent Dated neftinin orta qiyməti $119,66/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $7,9/barel çoxdur. Maksimal qiyməti $123/barel, minimal qiymət isə $116,5/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36 faizdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti