...

"Şahdəniz" yatağından Gürcüstana ixrac olunan qazın nəqli azalıb

Energetika Materials 14 May 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir S.Əliyev/ Hazırda "Şahdəniz" yatağından gündəlik qaz hasilatı 18 mln. kubmetr təşkil edir. Hasil olunan qazın təxminən 11 mln.kub metrini Türkiyə, 6 mln.kubmetrdən çoxunu Azərbaycan və təxminən 640 min kub metrini Gürcüstan alır. Bu haqda çərşənbə günü hökümətdən verilən məlumatda bildirilib. Hazırda sözügedən qaz yatağından 21-22 mln.kub metr qaz hasilatı mümkündür.

Bu yaxınlarda, "Şahdəniz" qaz kondensatının təsis etdiyi "TPG-500" (beşinci istismar) platformasında yeni

quyunun qazma işləri tamamlanacaq. Bundan sonra yataqdakı gündəlik qaz hasilatı potensialı 26-27 mln.kubmetr olacaq.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4 -də imzalanıb. Sazişin iştirakçıları: "BP" (operator) - 25,5 faiz, "Statoil Hydro" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO"- 9 faiz, ARDNŞ - 10 faiz.

Sözügedən yataqda qaz hasili 2006-ci ilin dekabrında başlanıb. Hazırda hasil olunan qaz Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql edilir. Qaz alıcıları sırasında Azərbaycan da var.

Yatağın ilk işlənmə mərhələsi çərçivəsində, ildə 8,8 mlrd. kubmetr qaz hasilatı ehtimal olunur. Hasil olunan qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. 2012-ci ildən sonra başlanacaq yatağın ikinci işlənmə mərhələsi çərçivəsində, qaz hasilatı 20 mlrd. kubmetrədək artırılacaq. İkinci mərhələ çərçivəsində əldə olunan qazın Avropa ölkələrinə ixracı ehtimal olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti