...

Azərbaycan şirkəti Əfqanıstanda NEZ tikəcək

Energetika Materials 16 May 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir M.Əliyev/ Azərbaycan sahibkarları Əfqanıstanın Özbəkistan və Türkmənistan ilə sərhəddində neft emalı zavodunun (NEZ) tikintisinə 14 mln. dollar yatırıblar. Bu barədə Trend a cümə günü telefonla İslamabaddan Azərbaycanın Pakistandakı səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Sabir Rzayev məlumat verib.

O, zavodun tikintisi ilə məşğul olan şirkətin adını açıqlamayıb. Rzayev qeyd edib ki, bu Azərbaycanın özəl şirkətlərindən biridir. O bildirib ki, Şirkət Əfqanıstanda işləmək istəyini ifadə edib və artıq zavodun tikintisi başa çatmaq üzrədir.

Azərbaycan sahibkarları Əfqanıstanın ictimai qidalanma və poliqrafiya, həmçinin neft-qaz sahələrində fəaliyyət göstərirlər.

Azərbaycan ilə Əfqanıstan arasında ticarət dövriyyəsi ötən il 30 mln. dollar təşkil edib. Azərbaycan Əfqanıstana daimi dimlomatik nümayəndəsini 2008-ci il mayın 9-da təyin edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan trend

Xəbər lenti

Xəbər lenti