Qazaxıstan, Astana, 02 iyun/ Trend , müxbir K.Konırova/ Baş nazir Kərim Məsimov bazar ertəsi hökumətdə keçirilən selektor müşavirəsində bildirib ki, "KazMunayqaz" milli şirkətin "Manqistaumunayqaz" SC-nin səhmlərinin satış proseduru əsassız olaraq yubadılıb.
"Mən "Manqistaumunayqaza"ın səhmlərinin alınması üzrə tapşırıq vermişəm. Tapşırığın icrası əsassız olaraq yubadılıb. Daha bir tapşırıq verirəm - qısa müddətdə şirkətin səhmlərinin ən azı 51 faizini almaq", - Energetika Nazirliyi "Samruk" dövlət holdinqi və Milli "KazMunayQaz" neft-qaz şirkətinin rəhbərlərinə müraciət edən Məsimov bildirib.
Ötən ilin sonunda, hökumətin rəhbəri Məsimov bildirib ki, 2008-ci ildə hökumət və Milli Bankın başlıca vəzifələrindən biri inflyasiya ilə mübarizə olacaq. Bununla yanaşı, o vurğulayıb ki, zəruri nəticələrin əldə edilməsi üçün "KazMunayQaz" milli şirkətin iqtisadiyyatın daha hissiyatlı sektorlarına "müdaxiləsi" istisna deyil. Bu halda, KMQ-nin daxili neft məhsulları bazarında rolunun gücləndirilməsi nəzərdə tutulurdu ki, hökumət bu şirkət vasitəsilə yanacağın qiymətini saxlamaq üçün imkanlara malik olsun.
Milli şirkətin "müdaxiləsi" üçün birinci addım "Manqistaumunayqaz" özəl neft şirkətin səhmlərinin 70 faizini alınması olmalıdır. Hökumət başçısı ötən ilin sonunda bu sazişin keçirilməsinə "razılıq" verib.
MMQ-nin alınması üzrə sazişdə ən cəlbedici obyektlər şirkətin "KazMunayQaz"ın yataqlarının qonşuluğunda yerləşən neft yataqları deyil, Pavlodar neft-kimya zavodu və MMQ-nin bütün respublika üzrə çoxşaxəli YDM şəbəkəsinə malik və daxili neft məhsulları bazarında "qiymətlərin qanunvericisi" olan "Helios" ticarət "törəməsi"dir.
Milli şirkətin rəhbərliyi dəfələrlə şikayətlənib ki, respublikadakı YDM-in 3 faizdən azına malikdir və buna görə də neft məhsullarının qiymət artımına təsir etmək iqtidarında deyil. PNKZ və törəmə "Helios" şirkətinin alımasından sonra belə uyğunsuzluq aradan qaldırıla bilər.
Energetika Nazirliyinin məlumatlarına əsasən, bu gün Qazaxıstanda daxili neft məhsulları bazarında üç əsas oyunçu var - ""KazMunayqaz" Ticarət Evi" (KMQ-nin "törəməsi", "Helios" və "PetroQazaxıstan"dır. "KazMunayqaz" Ticarət evi Atırau zavodunun (ANEZ), həmçinin "PetroQazaxıstan" ilə birlikdə Şımkent zavodunun sahibidir. "Helios" "Manqistaumunayqaz"ın - ölkədə sayına görə üçüncü olan Pavlodar neft-kimya zavodunun (PNKZ) sahibinin ticarət törəmə şirkətidir.
Baş nazirin sözlərinə görə, Pavlodar NEZ də mütləq dövlət mülkiyyətinə keçməlidir.
"Astana və ölkənin aviasiya sahəsinin tələbatını ödəmək üçün aviasiya kerosini və yüksəkoktanlı benizinin buraxılması imkanı ilə onun genişləndirilməsini nəzərdə tutmaq lazımdır", - Baş nazir bildirib.