...

Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya iyun ayında dördtərəfli qaz ixracı müqaviləsi imzalaya bilər

Energetika Materials 3 İyun 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir M.Əliyev/ Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya iyun ayında dördtərəfli qaz ixracı müqaviləsi imzalaya bilər. Bu barədə Yunanıstanın Azərbaycandakı səfiri Temitokles Dimidis məlumat verib.

"İtaliya və Yunanıstan artıq bu müqavilənin imzalanmasına hazırdır. İndi Türkiyə və Azərbaycanın qərarını gözləmək qalır", - deyə səfir bildirib.

Ötən il Azərbaycan və Yunanıstan neft və qaz sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Bu, dördtərəfli sənədin bir hissəsidir.

Sənəddə gələcəkdə Azərbaycan qazının Yunanıstana, bu ölkə vasitəsilə isə digər Avropa ölkələrinə nəqlinin nəzərdə tutulduğu göstərilib.

2012-ci ildən sonra Azərbaycanda qaz hasilatı "Şahdəniz" layihəsi üzrə "Mərhələ-2"nin reallaşdırılması hesabına ildə 20 mlrd. kubmetrə çatacaq. Yanacağın böyük hissəsi Avropaya ixrac olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti