Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir A.Bədəlova/ Cross Caspian Oil & Gas loqistika şirkəti 2009-cu ildə Azərbaycan ərazisi ilə 2008-ci ildə 10-12 mln. tona qarşı 14 mln. ton neft yükləri daşımağı planlaşdırır. Bu barədə şirkətin Baş direktoru Dmitri Solovyov məlumat verib.
Şirkət Azərbaycan ərazisi ilə Qazaxıstan və Türkmənistandan neft yüklərini Gürcüstanın Qara dəniz limanlarına çatdırır.
"Yüklərin bir hissəsi BTC sisteminə [Bakı-Tbilisi-Ceyhan boru kəməri] daxil ola bilər. Lakin 2009-cu ildə Kulevi, Batumi, Poti terminalları istiqamətində [Gürcüstanda yerləşirlər] 14 mln. tondan az olmayan həcmdə yük daşınacaq", - Solovyov bildirib.
Onun sözlərinə görə, bu ilin ikinci yarısında Qazaxıstanda iri neft ehtiyatlarına malik müştərilərin gəlməsi nəzərə alınmaqla, 2008-ci ildə Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi arta bilər. O, 2008-ci ildə zəmanət verilmiş daşınma həcminin 10-11 mln. ton olacağını qeyd edib.
"Bizim qazax tərəfdaşlarımızla şərtləşdiyimiz həcmlər böyük olarsa, bu rəqəm 11,5 - 12 mln. ton təşkil edəcək", - Solovyov bildirib.
Azərbaycan Dövlət Neft Şirkətinin Kulevidəki şəxsi terminalına gəldikdə isə, Solovyov bildirib ki, qısa müddətdə -- 1-2 aya yüklərin əhəmiyyətli hissəsi bu terminala keçiriləcək.
"Kulevi terminalı artıq yükləri qəbul edir. Biz birinci tankerlərlə işləməyə hazırlaşırıq. Terminal gözəl vəziyyətdədir, avadanlıq bütün standartlara cavab verir", - Solovyov söyləyib.
Kulevi terminalında Qazaxıstan və Azərbaycanın neft yüklərinin aşırma çəkisi hər biri üçün 40 faiz təşkil edəcək. Türkmənistanın payına 20 faiz düşəcək.
Cross Caspian Oil & Gas Logistics Azərbaycanda aparıcı gəmiçilik şirkətlərindən biridir. Şirkət karbohidrogenlərin Xəzər vasitəsilə Qara dənizə nəql edilməsi xidmətlərinin təmin olunması məqsədilə yaradılıb.