...

Azərbaycan yanvar-mayda təqribən 9,6 mlrd. kVt/s elektrik enerjisi istehsal edib

Energetika Materials 5 İyun 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend / Yanvar-may ərzində Azərbaycanda təqribən 9,6 mlrd. kVt/s elektrik enerjisi isteshal edib. 2007-ci ilin yanvar-mayında bu rəqəm 10 mlrd. kVt/s təşkil edib. Bu barədə "Azərenerji" ASC-nin cümə axşamı yayılan məlumatında deyilir.

Yanvar-mayda istehsal olunmuş elektrik enerjisinin 8,2 mlrd. kVt/saatdan çoxu istilik elektrik stansiyalarının, təqribən 1,4 mlrd. kVt/s su elektrik stansiyalarının payına düşüb.

ASC-nin mətbuat xidmətində bildiriblər ki, may ərzində "Azərenerji"də təqribən 1,6 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub.

Bu ilin mayı ərzində istehsal olunan eleketrik enerjisinin ümumi həcmindən 1,4 mlrd. kVt/s istilik elektrik stansiyalarının və təqribən 0,2 mlrd. kVt/s su elektrik stansiyalarının payına düşüb.

May ərzində qonşu ölkələrlə - Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam edib.

Xəbər lenti

Xəbər lenti