...

Xəzər Dəniz Neft Donanması "Qurban Abbasov" gəmisinin təmiri üçün ehtiyat hissələrin alınmasına dair tender elan edib

Energetika Materials 10 İyun 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması (XDND) "Qurban Abbasov" gəmisinin təmiri üçün ehtiyat hissələrin alınmasına dair açıq tender elan edib.

Avadanlıq və ehtiyat hissələrinin yük alana müqavilənin imzalandığı gündən üç ay ərzində göndərilməsi tələb olunur. Avadanlıq və ehtiyat hissələrin dəyəri yükün göndərilməsindən sonra bir il ərzində hissə-hissə ödəniləcək.

Tender iştirakçıları iddiaçı qismində iştirak barədə ərizə və digər sənədləri 2008-ci il ilyulun 23 - dən gec olmamaq şərti ilə, XDND-ə təqdim edilməlidir.

Təkliflər qiymətləndirilərkən bu meyarlara üstünlük veriləcək: ehtiyat hissələrinin dəyəri, spesifik təcrübə (Gəmilərin ehtiyat hissələrinin təchizi sahəsində), göndərilmə müddəti.

Tender təklifləri 2008-ciil iyulun 30-dək qəbul olunacaq və 2008-ci il iyulun 31-də saat 11.00-da XDND -nin binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti