...

Azərbaycan neftinin qiyməti: 16-20 iyun həftəsinin yekunları

Energetika Materials 23 İyun 2008 14:23 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 16-20 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir A.Bədəlova/ 16-20 iyun həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $136,6/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,24/barr azdır.

16-20 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $138,56/barr, minimal qiyməti isə $134,46/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34, 6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

16-20 iyun həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $125,63/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,15/barr azdır.

16-20 iyun həftəsində URALS neftinin maksimal qiyməti $127,46/barr, minimal qiymət isə $123,71/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

16-20 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $132,26/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,82/barr azdır.

Brent neftinin maksimal qiyməti $134,36/barr, minimal qiymət isə $129,85/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti