...

GUAM ölkələri çox boyük iqtisadi potensiala malikdir – Azərbaycanın sənaye və energetika naziri

Energetika Materials 30 İyun 2008 19:08 (UTC +04:00)
GUAM ölkələri çox boyük iqtisadi potensiala malikdir – Azərbaycanın sənaye və energetika naziri

Gürcüstan, Batumi, 30 iyun / Trend , müxbir N.Kirtsxaliya/ GUAM-ın əhatə etdiyi coğrafi məkənada Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova çox boyük iqtisadi potensiala malikdir. Bu barədə bazar ertəsi Batumidə jurnalistlərə GUAM-ın Xarici İşlər Nazirləri Şurası iqtisadi blokunun iclasının yekununda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliynev bildirib.

" Müzakirə etdiyimiz layihələr bunu təsdiq etməyə əsas verir və bütün bu potensialı reallaşdırmaq lazımdır", - deyə bazar ertəsi keçirilən görüşdən razılığını bildirən Əliyev vurğulayıb.

Gürcüstanın iqtisadiyyat naziri Yekaterina Şaraşidze qeyd edib ki, iqtisadi blokun iclasında iqtisadi inkişaf, region və GUAM-a üzv dövlətlər üzrə nəqliyyatın inkişafı məsələləri nəzərdən keçirilib.

"Biz nəqliyyat şəbəkəmizi tamamlamaq üçün əlavə yüklərin cəlb edilməsi məsələsini müzakirə etdik", - deyə o bildirib.

Nazir qeyd edib ki, energetika və kənd təsərrüfatı məsələləri də müzakirə olunub. "Biz konkret iqtisadi layihələr üzrə fikir mübadiləsi apardıq", - deyə Gürcüstanın iqtisadiyyat naziri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti