...

Mingəçevirdə kart tipli elektrik sayğacların quraşdırılmasına başlanıb

Energetika Materials 30 İyun 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend / Mingəçevirdə kart tipli yeni sayğacların quraşdırılması prosesinə başlanıb. Bu barədə "Azərenerji" ASC-nin bazar ertəsi yayılan məlumatında bildirilir.

Bu məqsədlə 1500 beton dirək (Ümumilikdə 1800 ədəd olmalıdır) quraşdırılıb, 600 km-lik SİP-kabel və 60 km uzunluğunda 10 kVt -luq kabel çəkilib.

36 km uzunluğunda yeraltı kabelin dəyişdirilməsi və 119 mövcud transformasiya obyektinin yenidən qurulması da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti