...

Türkiyə "Nabukko" qaz kəməri layihəsi üzrə hökumətlərarası müqavilə imzalamağa hazırlaşır – Baş nazir

Energetika Materials 2 İyul 2008 15:03 (UTC +04:00)
Türkiyə "Nabukko" qaz kəməri  layihəsi üzrə hökumətlərarası müqavilə imzalamağa hazırlaşır – Baş nazir

Azərbaycan, Bakı, 02 iyul / Trend / "İTAR-TASS"ın verdiyi xəbərə görə, Türkiyə yaxın aylarda "Nabukko" qaz kəmərinin tikinti layihəsi üzrə hökumətlərarası müqavilə imzalayacaq.

" "Nabukko" layihəsi iştirakçı dövlətlərinin ərazisi üzrə qaz tranzitinə dair müqavilə yaxın bir neçə ayda imzalanacaq", - deyə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

12,4 mlrd. dollar dəyərində olan "Nabukko" qaz kəməri üzrə 2013-cü ildən qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarük olunması nəzərdə tutulur. Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz" və Almaniyanın RWE şirkəti layihənin iştirakçılarıdır. Hər bir iştirakçı bərabər paya - 16,67 faizə malikdir.

Əvvəllər layihə iştirakçıları olan Bolqarıstan və Macarıstan "Nabukko" qaz kəmərinin tikintisi üzrə işləri sürətləndirməyə, həmçinin ona siyasi dəstəyi artırmağa çağırmışdı.

Ərdoğan bildirib ki, Türkiyə Rusiya, İran və İraq ilə boru kəməri layihələrinin reallaşdırılması üzrə birgə iş aparmağı davam etdirir.

"Xam mədən hasilatı sahəsində layihələr həyata keçirilir, nüvə, külək və Günəş enerjisinin inkişafı istiqamətində addımlar atılıb. Türkiyənin həm öz tələbatını ödəməsi, həm də bu sahədə müasir oyunçuya çevrilməsi üçün vəsaitlər sərf olunub", - deyə Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti