...

Azərbaycanda yeni böyük elektrik stansiyası sentyabrda istismara veriləcək

Energetika Materials 22 İyul 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir E.İsmayılov/ Səngəçaldakı ümumi gücü 300 MVt olan yeni modul elektrik stansiyası bu ilin sentyabrında istismara veriləcək. Bu barədə çərşənbə axşamı "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Əvvəllər şirkət nəzərdə tutulan 12 enerji blokundan ilk üçünü istismara vermək niyyətində olub. Lakin qış mövsümünün başa çatması ilə əlaqədar enerji blokları eyni vaxtda istismara veriləcək.

Generatorlar Finlandiyanın Wartsila şirkəti tərəfindən istehsal edilib. "Azərenerji" və Wartsila 300 MVt gücündə yeni modul elektrik stansiyasının tikintisinə dair müavilə bağlayıblar. Tikintini 2008 -ci ilin sentybarında başa çatdırmaq nəzərdə tutulur.

Finlandiya şirkəti modul elektrik stansiyasının qazdan mazuta və əksinə qoşulmasının yeni texnologiyasını təklif edib və bu, prosesi nəzərəçarpacaq dərəcədə sürətləndirəcək. Əvvəllər şirkət qoşulma üçün 24 saat müddət təklif edib. Hazırda bu vaxt yarım saatadək azaldılıb.

Səngəçal rayonunda yeni enerji generasiya edən qüvvələrin tikilməsi Abşeron yarımadasının keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün vacibdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti