...

Zəif şəffaflıq Azərbaycanın iqtisadi inkişafına mane olur - Freedom House-un rəsmi nümayəndəsi

Energetika Materials 30 İyul 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul/ Trend , müxbir A.Bədəlova/Dövlətin şəffaflığının çatışmazlığı Azərbaycanın sosial - iqtisadi inkişafına mane olur, - çərşənbə axşamı ABŞ-ın Helsinki Komissiyasının Azərbaycandakı demokratik vəziyyətlə bağlı dinləmələrində Freedom House-un rəsmi nümayəndəsi Kristofer Uolker (Christopher Walker) bildirib.

Komissiyanın saytında məruzəsi yerləşdirilmiş Uolkerin sözlərinə görə, karbohidrogen ixracından gələn gəlirin düzgün istifadə edilməməsi, Azərbaycanda inflyasiya ilə bağlı vəziyyəti çətinləşdirə bilər.

"Dövlət xərclərinin artımı və şəffaflıq çatışmazlığı enerji ehtiyatlarının  gəlirinin düzgün idarə edilməməsini sübut edir ki, bu da yüksək inflyasiya ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirəcək", - Uolker deyib.

Mayda Azərbaycan parlamenti Dövlət Neft Fondundan gələn gəlirlərin 42 faiz artımını nəzərə alaraq, 2008-ci ilin dövlət büdcəsinə yenidən baxıb. Dövlət xərcləri üç dəfə, təxminən $14 mlrd.-dək artıb

Uolkerin qeyd etdiyinə görə, Beynəlxalq Valyuta Fondu da öz narahatlığını bildirərək, Azərbaycan iqtisadiyyatının infrastruktur layihələrə çəkilən xərclərin "məhdud potensialana"işarə edib. Uolker ölkənin infrastruktur layihələrini müsbət dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti