...

Azərbaycanda neft məhsulları istehsalı aşağı düşüb

Energetika Materials 7 Avqust 2008 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend / Cari ilin yanvar-iyul aylarında Azərbaycanın neft emalı zavodlarında ümumi neft emalı həcmi təqribən 4,3 mln. ton təşkil edib ki, bu göstərici 2007-ci ilin analoji dövründə təxminən 4,5 mln. tona bərabər olub.

Yanvar-iyulda emal olunan neftin ümumi həcmindən 2,7 mln. tondan çoxu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ), 1,5 mln. tondan çoxu isə "Azneftyağ" NEZ-in payına düşüb. Bununla yanaşı, 2007-ci ilin yanvar-iyul göstəricilərinə nisbətdə neft emalı həcmi H.Əliyev adına BNEZ-də 77 min ton, "Azneftyağ" NEZ-də isə 131 min ton aşağı düşüb.

2008-ci ildə Azərbaycanda neft emalı və neft məhsulları istehsalı üzrə cədvəl:

  İyul 2008  Yanvar-iyul 2008 Yanvar-iyul 2007 Dəyişiklik tempi
  Fakt Fakt   % "+,-"
Neft emalı - cəmi 632,91 4254,6 4463,27 95,3 -208,67
H.Əliyev adına NEZ 424,88 2738,11 2815,42 97,3 -77,31
"Azneftyağ" NEZ 208,03 1516,49 1647,85 92 -131,36
Benzin - cəmi 140,62 877,43 751,37 116,8 126,06
- avtomobil benzini 116,92 715,29 633,67 112,9 81,62
- kimya üçün nafta 23,7 162,14 117,7 137,8 44,44
Kerosin KO-20 - cəmi 0,04 28,58 12,21 2,3 raz 16,37
H.Əliyev adına NEZ 0,04 28,58 9,21 3,1 raz 19,37
"Azneftyağ" NEZ 0 0 3 0 -3
Dizel yanacağı - cəmi 205,95 1329,32 1239,04 107,3 90,28
H.Əliyev adına NEZ 205,95 1329,32 795,84 167 533,48
"Azneftyağ" NEZ 0 0 443,2 0 -443,2
Peç mazutu-cəmi 66,9 726,23 1378,09 52,7 -651,86
H.Əliyev adına NEZ 62,47 707,36 925,44 76,4 -218,08
"Azneftyağ" NEZ 4,43 18,87 452,65 4,2 -433,78
Sürtkü yağları 6 31,89 29,52 108 2,37
DT mühərrik yanacağı - cəmi 10,31 68,66 28,86 2,4 raz 39,8
Xəbər lenti

Xəbər lenti