...

Qara dəniz Poti limanının fəaliyyəti bu gün günortadan sonra bərpa olunacaq – limanın nümayəndəsi

Energetika Materials 11 Avqust 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.İsmayılov/ Gürcüstan-Cənubi Osetiya münaqişəsi nəticəsində aparılan bombardımandan sonra fəaliyyəti dayandırılan Gürcüstanın Qara dəniz Poti limanının işi bu gün Bakı vaxtı ilə günortadan sonra bərpa olunacaq. Bu barədə bazar ertəsi Trend -a telefonla Gürcüstan limanının Marketinq və İnvestisiyalar Departamentinin rəhbəri Zviad Çxartişvili bildirib.

"Düşünürəm ki, nahardan sonra limanın işi bərpa olunacaq, buna qədər isə bu məsələyə dair müşavirə keçiriləcək ", - deyə Çxartişvili bildirib.

Gürcüstanın Qara dəniz sahillərində yerləşən Poti limanı müxtəlif tipli yüklərin, o cümlədən Xəzərin şərq sahillərindən gələrək Azərbaycan ərazisindən keçən neft məhsullarının göndərilməsi ilə məşğul olur.

Limanın fəaliyyəti bazar günü axşam, Bakı vaxtı ilə təqribən saat 19:00-da dayandırılıb. Aparılan bombardıman nəticəsində liman kommunikasiyalarının enenrji təchizatı sistemi sıradan çıxıb. Hazırda bütün sistemin işi bərpa olunub. Çxartişvili bildirib ki, bombardıman nəticəsində neft terminalı və dəmir yolu sıradan çıxmayıb.

Bir gün əvvəl Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən bildiriblər ki, Poti limanı ora göndərilən neft məhsullarını qəbul etmir. Azərbaycandan bu limana hərəkət edən qatarlar Gürcüstan ərazisindəki dəmir yolarında yerləşdirilir. Bu gün Gürcüstanda Poti limanına hərəkət edən duru neft məhsulları ilə yüklənmiş xeyli sayda vaqon-sistern var.

Limanın neft terminalının gücü ildə doqquz mln. ton təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti