...

Rusiya aviasiyasının BTC-ni bombalamaq cəhdi yenə uğursuz olub – Gürcüstanın dövlət naziri

Energetika Materials 12 Avqust 2008 19:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya aviasiyası yenidən Bakı-Tbilisi-Ceyhan neft kəmərini bombalamağa cəhd edib,- Gürcüstanın dövlət naziri Temur Yakobaşvili çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

"Rusiya tərəfi Gürcüstana böyük zərər vurmaq üçün bir daha boru kəmərini bombalamağa cəhd edib, lakin xoşbəxtlikdən, onlar hədəfi vura bilməyiblər", - Yakobaşvili bildirib.

Onun sözlərinə görə, boru kəməri yaxşı və problemsiz işləyir.

Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən Bakı -Tbilisi - Ceyhan neft kəməri Xəzər dənizindən hasil edilən neftin Aralıq dənizindəki Ceyhan limanına nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin ötürmə gücü sutkada 1 mln. barel neftdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti