...

Yanvar-iyunda ABŞ Azərbaycandan neft idxalını azaldıb

Energetika Materials 2 Sentyabr 2008 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend / Cari ilin yanvar-iyun ayları ərzində ABŞ Azərbaycandan 8 mln. barel neft idxal edib. Bu göstərici ötən ilin analoji dövründə 8,2 mln. barelə bərabər olub. Bu barədə ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında bildirilir.

İdarənin məlumatında bildirilir ki, ötən il ABŞ Azərbaycandan 20, 643 mln. barel neft idxal edib. Bu göstərici 2006-cı ildə 9,744 mln. barel təşkil edib.

Azərbaycan neftinin nəql olunduğu əsas ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Bu boru kəməri ilə neft Türkiyənin Ceyhan limanına çatdırılır.

Azərbaycanın yüngül nefti Gürcüstanın Supsa limanından da ixrac olunub. Bura neft Bakı-Supsa boru kəməri ilə çatdırılır. Hazırda bu boru kəmərinin fəaliyyəti təhlükəsizlik məqsədi ilə dayandırılıb.

Neft Gürcüstanın Qara dəniz Batumi limanından da nəql olunur. Bu limana neft Bakıdan dəmir yolu vasitəsilə tədarük olunur. Neft eyni zamanda xammalın Bakı-Novorossiysk boru kəməri ilə çatdırıldığı Novorossiysk limanından da tədarük olunur.

Xəbər lenti

Xəbər lenti