Azərbaycan, Bakı, 09 sentyabr / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın Novorossiysk limanından REBCO markalı neft partiyasının satışına dair tenderi qapalı elan edib.
ARDNŞ -nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin çərşənbə axşamı yayılan məlumatında bildirilir ki, 600 min barel həcmində olan neft partiyası sentyabrın 29 -30 - da İsveçrənin Vitol treyderi tərəfindən göndəriləcək.