...

Fransa bankı Qaradağda neft - qaz terminalının tikintisi üçün sindikatlaşdırılmış kredit təşkil edir

Energetika Materials 9 Sentyabr 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ Fransa bankı Societe Generale "Səngəçal - Qaradağ neft - qaz terminalı"nın tikintisiin maliyyələşdirilməsi üçün digər xarici bankların sindikatını təşkil etməyə hazırdır, -Azersun Holding-in prezidenti Abdolbari Gozal çərşənbə axşamı bildirib. Ümumi dəyəri $135 mln. olan layihəyə $100 mln. kredit vəsaiti cəlb etmək planlaşdırılır. Azersun Holding və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) artıq "Səngəçal - Qaradağ neft - qaz terminalı" QSC- nin kapitalına təxminən $36 mln. vəsait yatırıb.

"Hələ sənədlər hazırlandığı üçün sindikatlaşdırılmış kreditin cəlb edilməsi üzrə müqavilə imzalanmayıb", - Gozal bildirib.

Müqavilə altı ilə nəzərdə tutulub.

Danışıqlarla paralel terminalın səhmdarları tərəfindən ayrılan vəsaitlər hesabına tikinti işləri aparılır. Layihədə əsas operator "Qafqaztransservis" şirkətidir (Azersun Holding qrupuna daxildir). AİŞ və "Qafqaztransservis" arasında imzalanmış müqaviləyə əsasən, şirkət yatırılmış vəsaitlərin hesabına QSC-nin Nizamnamə kapitalının 25 faizini əldə edib. İnvestisiya Şirkəti AİŞ Müşahidə Şurasının 2007- ci il 29 iyun tarixli qərarına müvafiq olaraq, $9 mln. yatıracaq.

Kredit ehtiyatları layihənin birinci fazasının reallaşdırılması üçün nəzərdə tutulur. Birinci fazaya 2009 - cu ilin sonunadək terminalın tikintisi daxildir. Terminalın aşırma gücü başlanğıc mərhələdə 6 mln. təşkil edəcək, sonrakı iki mərhələdə isə, hər mərhələdə 7 mln. ton artırılmaqla, 20 mln. tonadək çatıdırlacaq.

Layihənin ikinci fazası birinci başa çatdıqdan sonra, 2 il ərzində reallaşdırılacaq. İkinci mərhələ yanalma körpülərinin tikintisini, əsasən, Qazaxıstan, Türkmənistandan olan neft tədarükçüləri ilə müqavilələrin bağlanılmasını nəzərdə tutur. Terminaldan, əsasən, (60 faiz) qazax nefti aşırılacaq, - Holdinq rəhbəri bildirib.

Qaradağ terminalı məhdud növdə, lakin böyük həcmlərdə məhsulların (kondensat və neft) qəbulu üçün nəzərdə tutulub. Bu terminal vasitəsilə Kaşağan yatağından hasil edilən xam neftin qəbulu nəzərdə tutulur. Neft Qara dəniz sahilindəki terminallara və Bakı -Tbilisi - Ceyhan neft kəməri ilə Ceyhan limanına nəql ediləcək. Kaşağandan neftin 2011 - ci ildən tez olmayaraq alınacağı gözlənilir. Lakin bununla yanaşı, bu vaxt ərzində gəmiqayırma istehsalı inkişaf etdirilə, iri tutumlu gəmilər sifariş edilə bilər ki, bu da Azərbaycana regionda daşınmaların keçirilməsi üçün lazımdır.

Sentyabrın 9 -na olan cari mübadilə məzənnəsi -- 0,8156 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti