...

"Nabukko" qaz kəməri həyata keçiriləcək - Türkiyə prezidenti

Energetika Materials 25 Sentyabr 2008 13:07 (UTC +04:00)
"Nabukko" qaz kəməri həyata keçiriləcək - Türkiyə prezidenti

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend / Türkiyə prezidenti Abdullah Gül qazın Mərkəzi Asiyadan Avropaya nəqlini nəzərdə tutan "Nabukko" qaz kəmərinin tikintisinin real olduğunu bildirib. Bu barədə Türkiyənin "Haber 7" agentliyi xəbər verir.

Nyu-Yorkda BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak edən Türkiyə prezidenti

ölkəsinin xarici siyasıəti ilə bağlı suallara cavab verərək bildirib ki, "Nabukko" qaz kəməri həyata keçiriləcək.

"Bəzi dövlətlər Bakı - Tbilisi - Ceyhan neft kəməri layihəsinin həyata keçiriləcəyinə inanmırdı. Lakin boru kəməri artıq neçə ildir ki, fəaliyyət göstərir", - deyə Gül bildirib.

"Nabukko"nun layihə gücü ildə 26 - 32 mlrd. kubmetr qaz təşkil edir. Kəmərin tikintisinin 2013-cü ilədək başa çatdırılması planlaşdırılır. Qaz kəmərinin tikintisi üzrə konsorsiumda bu şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə ), Bulgargaz (Bolqarıstan) , S.N.T.G.N. Transgaz S.A. (Rumıniya),  MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya).

Xəbər lenti

Xəbər lenti