Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR şirkətinin Gürcüstanın Kulevi limanındakı neft terminalının rəhbərliyi neft və neft məhsullarının aşırılmasının illik həcmlərini müəyyən etmək məqsədilə əlavə möhlət almaq üçün, Gürcüstan hökumətinə müraciət edib,- terminalda məlumatlı mənbə çərşənbə axşamı bildirib.
"Bir müddət əvvəl iki aylıq möhlət alsaq da, bizə daha bir ay möhlətin verilməsi üçün sənədləri hazırlamışıq. Möhlət verilərsə, istehsal ilimiz 15 aydan ibarət olacaq", - mənbə bildirib.
Gürcüstanda müəyyən bir qayda mövcuddur - şirkət il ərzində 4 mln. ton neft və neft məhsulu daşıyarsa, ona nəqliyyat tarifində endirimlər verilir. "Bununla əlaqədar, hazırda bizim əsas məqsədimiz istehsal ilimizin sonunadək 4,2 mln. ton neft və neft məhsulu göstəricinə çatmaqdır", - mənbə bildirib. Terminal rəhbərliyi, gürcü - osetin münaqişəsinin və Gürcüstanın Qara dəniz limanlarının bağlanmasının daşınmaların həcminin obyektiv olaraq azalmasına gətirməsi ilə əlaqədar, Gürcüstan hökumətinə müraciət edib. İki aylıq möhlət verilib.
Kulevi terminalı mayda istismara verilsə də, aşırma faktiki olaraq iyunda başlayıb. Bu dörd ay ərzində təxminən 1 mln. ton neft və neft məhsulu aşırılıb. Ən çox tələbatın olduğu məhsullar dizel və mazutdur. Sentyabrda terminal 190 min ton neft və neft məhsulu realizə edib, oktyabrda bu göstəricini təxminən 230 min tona çatdırmaq planlaşdırılır.
Hazırda şirkət sutkada Gürcüstandan 5- 6 min ton və ya ayda 150 - 200 min ton neft və neft məhsulları aşırır. Bu, əsasən, neft və dizel yanacağı olsa da, neft də var, - işlərə yaxın mənbə bildirib.
Kulevi terminalı eyni vaxtda 168 sistern - vaqon qəbul edə bilər. Terminalın ümumi aşırma gücü, 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla, ildə 10 mln. maye neft məhsullarıdır. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın illik gücünü 15- 20 mln. tonadək artırmaq, çən parkını 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]