...

Yanvar - sentyabrda Azərbaycanda dizel yanacağı istehsalı artıb

Energetika Materials 16 Oktyabr 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend / SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) tərkibinə daxil olan Bakı neft emalı zavodları (NEZ) - Heydər Əliyev adına NEZ (keçmiş "Azerneftyanacag") və "Azerneftyag" yanvar- sentyabrda 4,6 mln. tondan çox neft emal ediblər. Bu müəssisələrdə neft məhsulları istehsalı ötən ilin analoji dövr göstəricisinə nisbətdə altı faiz artıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, avtomobil benzini istehsalı ötən illə müqayisədə 9,5 faiz, dizel yanacağı 16,6 faiz, bitum 16 faiz, sürtkü yağı 10 faiz artıb. Yanvar-sentyabrda kerosin, mazut və nafta istehsalı azalıb.

2008 - ci ildə Azərbaycanda neft məhsulları istehsalı:

2008 - ci il yanvar-sentyabr (min ton) 2007 - ci ilin yanvar-sentyabrına nisbət (%)
Avtomobil benzini 932,1 109,5
Kerosin 572,6 95,6
Yanacaq mazutu 862,6 45,1
Dizel yanacağı 1820,4 116,6
Neftbitum 151,8 116
Sürtkü yağı 46,4 110
Nafta 225,6 54
Xəbər lenti

Xəbər lenti