...

Azərbaycan neftinin qiyməti: 13 -17 oktyabr həftəsinin yekunları

Energetika Materials 20 Oktyabr 2008 18:51 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 13 -17 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Bədəlova/ 13 -17 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $72,94/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $10,19/barr azdır.

Ötən həftə AZERI LT neftinin maksimal qiyməti $77,61/barr, minimal qiyməti $67,02/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14% - dir.

13 -17 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX -NOVO) neftinin orta qiyməti $66,52/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $10,66/barr azdır.

13 -17 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $71,52/barr, minimal qiymət $61,55/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3% - dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

13 -17 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $69,72/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $11,09/barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $74,9/barr, minimal qiymət isə $64,38/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36% - dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti