Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan şəxsi qazının Avropa ölkələrinə ixracı üçün Türkiyə ilə tranzit sazişinin imzalanması məsələsi üzrə aparılan danışıqlar prosesində problem görmür. Bu barədə Trend -a SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi bildirib.
"Danışıqlar aparılır və heç bir problem yoxdur. Hələ ki, razılaşma əldə olunmayıb, hər bir tərəfin öz maraqları var, tərəflərin mövqeləri razılaşdrılır", - deyə SOCAR nümayəndəsi bildirib.
Yanacaq almaq istəyində olduqlarını bildirən Yunanıstan və İtaliyaya qazın ixracı üçün Azərbaycana Türkiyə ilə tranzit müqaviləsinin imzalanması lazımdır.
Azərbaycan Avropa ölkələrinə "Şahdəniz" yatağının işlənməsi layihəsinin 2012- ci ildən sonra başlanacaq ikinci mərhələsi çərçivəsində əldə olunacaq qazı ixrac edəcək. Bu mərhələdə yataqda qaz hasilatı ildə 20 mlrd. kubmetrə çatdrılacaq.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996 - cı il iyunun 4 - də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.
Yataqda qaz hasilatına 2006 -cı ilin dekabrında başlanıılb. Hazırda qaz Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]