Azərbaycan, Bakı, 03 noyabr / Trend / "Palmali" şirkətlər qrupu üç neft tankeri almaq üçün "HSH Nordbank" və "DVB Bank"dan 183 mln. dollar (onun 2 mlrd. dollaradək artırılması planlaşdırılır) məbləğində kredit əldə edib. Bu barədə şirkətin məlumatında bildirilir.
Şirkətin məlumatında bildirilir ki, "Palmali" bu vəsait ilə "Suezmax" (165 min ton dedveytlik) tipli bir və "Aframax" (105 min ton dedveytlik) tipli iki tanker almaq niyyətindədir.
Artıq bir neçə aydır ki, banklar maliyyə böhranı səbəbindən dənizçilik sektoruna kredit vermək məsələsində tərəddüd edirlər. "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimov bildirib ki, bu həcmdə kredit şirkətin fəaliyyəti və onun reallaşdırdığı layihələr nəzərə alınaraq verilib.