...

Bolqarıstan vitse-prezidenti Bakıda enerji məsələlərilə bağlı danışıqlar aparacaq

Energetika Materials 10 Noyabr 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir N.Abdullaeva/ Azərbaycanla Bolqarıstan arasında enerji məsələləri üzrə əməkdaşlıq bu həftə Bakıda, Bolqarıstanın vitse-prezidenti Anhela Marinanın Azərbaycana səfəri zamanı müzakirə olunacaq.

Danışıqlar Marinanın Bakıda, IV Enerji sammitində iştirakı çərçivəsində aparılacaq. Bu barədə bazar ertəsi Bolqarıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Xəzər, Qara dəniz və Baltik dənizi bölgələrində enerji təhlükəsizliyi məsələləri üzrə IV sammit noyabrın 13-14-də, Bakıda keçiriləcək.

Enerji sammitinə eyni zamanda Polşa, Türkiyə, Ukrayna, Litva, Estoniya, Latviya, Rumıniya və Gürcüstan prezidentləri də qatılacaqlar.

Enerji təhlükəsizliyi məsələləri üzrə I sammit may ayında Krakovda, II sammit isə ötən ilin oktyabr ayında Vilnüsdə keçirilib.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti