Qazaxıstan, Astana, 12 noyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanın energetika naziri Sauat Mınbayev və "KazMunayqaz" MŞ SC-nin prezidenti Karigeldı Kabıldin cümə axşamı Bakıya səfər edəcək, - Azərbaycanın Qazaxıstandakı səfirliyndən çərşənbə günü Trend -ın Astanadakı xüsusi müxbirinə bildiriblər.
Mınbayev və Kabıldin Bakıda Xəzər, Qara və Baltik dəniz regionlarının enerji təhlükəsizliyi məsələləri üzrə IV sammitdə iştirak edəcəklər.
Tərəflər sammitdə enerji ehtiyatlarının tədarükü mənbələri və tranzit yolların diversifikasiya imkanlarını, həmçinin enerji daşıyıcıları bazarının rəqabətqabiliyyətliliyinin artırılmasını nəzərdən keçirmək niyyətindədirlər.
Əvvəlki sammit cari ilin mayında Kiyevdə keçirilib. Birinci görüş 2007-ci ildə Krakovda (Polşa), ikinci Vilnüsdə baş tutub.