...

Bakıda Enerji Sammiti öz işinə başlayıb

Energetika Materials 14 Noyabr 2008 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend / Cümə günü Bakıda enerji siyasəti perspektivləri və regionda yeni boru kəmərlərinin tikintisinin müzakirəsi üçün mühüm meydan olacaq enerji təhlükəsizliyi məsələləri üzrə IV Sammit öz işinə başlayıb.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül, Litva prezidenti Valdas Adamkus, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Polşa prezidenti Lex Kaçinski, Estoniyanın Baş naziri Andrus Ansip, Yunanıstanın inkişaf naziri Xristos Folias və başqaları iştirak edirlər.

Sammitdə müzakirə olunacaq məsələlərdən biri Xəzər neftinin Mərkəzi Avropa ölkələrinə nəqlini nəzərdə tutan "Odessa-Brodı" neft kəməri olacaq.

İlk Enerji Sammiti 2006-cı ilin mayında Krakovda, ikinci ötən ilin noyabrında Litva paytaxtında, üçüncü isə cari ilin may ayında Kiyevdə keçirilib.

Xəbər lenti

Xəbər lenti